UĞUR
Komandamız Avropa birinciliyindən 6 medalla dönür

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, komandamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov finalda ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

57 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq, 2-ci yerə layiq görülüb.

Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Diıbazov (75 kq) və Məhəmməd Abdullayev (80+kq) 3-cü yerlə kifayətləniblər. Qeyd edək ki, Avropa birinciliyində 33 ölkənin 254 boksçusu gücünü sınayıb. Anapaya 13 nəfərlə yollanan komandamız 6 medal qazanıb.

Ümumkomanda hesabında Rusiya 1-ci, Ukrayna 2-ci Azərbaycan isə 3-cü yeri tuttub.

Həmin kateqoriyadan