Komandaya kənardan baxmaq və kömək edə bilməmək çox ağırdır

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bununla bağlı açıqlama verib:

“Fərdi məşqlərə başlamışam. Çox şadam ki, bərpa prosesi gözlədiyimizdən daha tez gedir. Artıq 3-4 günə komanda ilə məşqlərə qoşulacağam. Sözün düzü, buna ümid etsəm də, gözləmirdim. Amma sağ olsun həkimlər, əllərindən gələni etdilər ki, çempionatın startınadək hazır olum.

Komandaya kənardan baxmaq və kömək edə bilməmək çox ağırdır. Odur ki, dönüşümü səbirsizliklə gözləyirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Doğma azarkeşlərimizin gözləri önündə növbəti oyuna çıxmağı çox istəyirəm”.

Xatırladaq ki, Avropa liqasının ilk təsnifat mərhələsinin Macarıstanın “Uypeşt” klubu ilə ilk oyunda zədələnən Namiq Ələsgərovun sol dizində ön çarpaz bağ gərilmiş və hissəvi qopma olmuşdu.

Həmin kateqoriyadan