Kombuare Hafiz Məmmədovun klubundan gedir?

“Bakı”nın sahibi Hafiz Məmmədovun himayəsində olan “Lans”ın baş məşqçisi Antuan Kombuare mümkün gedişindən danışıb. Allsport.az xəbər verir ki, fransız mütəxəxssis bu haqda yerli mətbuata açıqlamasında “Nant”a qayıdacağı ilə bağlı suala cavab verib.

Onun sözlərinə görə, hər şey mümkündür, sadəcə, zamanı gözləmək lazımdır: “Bu gün mən “Lans”dayam. Sabah harada olacağımı kimsə bilməz. Çünki bu, həyatdır. İndi obyektivlərdə mənəm, amma sabah üçün planlarım yoxdur”.

Kombuare futbolçu kimi 1983-1990-cı illər aralığında “Nant”ın heyətində 177 oyuna 4 qol vurub.

Həmin kateqoriyadan