Könül Nurullayevaya BƏƏ idman rəsmiləri tərəfindən mükafat

Birləşmiş Ərəb Əmirliklərində Şarja qadın və idman fondu, bu ölkənin milli olimpiya komitəsi və idman nazirliyinin təşkilatçılığı ilə “11-ci Ramazan turniri” keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi İslam həmrəyliyi idman federasiyasının icraiyyə komitəsinin üzvü, qadın və idman komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib.

O, toplantı rəsmilərlə görüşüb. Həmyerlimiz 2020-ci ildə BƏƏ-də İHİF-in bayrağı altında qadın liderlərin beynəlxalq forumunun keçirilməsi təklifini irəli sürüb. Həmçinin tədbirin təşkilati məsələləri müzakirə olunub və ilkin hazırlıqlara dərhal start verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, 2020-2021-ci illərdə İHİF-in dəstəyi ilə qadınlar arasında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi məsələləri də müzakirə olunub. Tədbirin yekununda ona Şarja qadın və idman fondunun prezidenti tərəfindən təşkilatın fəaliyyətinə verdiyi yüksək töhfələrə görə mükafatla təltif olunub.

Həmin kateqoriyadan