«Kopenhagen»ə qarşı oynamış «Qarabağ»ın futbolçusudan doğma komandasına Danimarkada dəstək

Çərşənbə axşamı çempionlar liqasının pley-off mərhələsinni ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda «Kopenhagen»i 1:0 hesabı ilə yenərək, qrup mərhələsinə düşmək üçün tarixi imkan qazanan «Qarabağ»a cavab görüşündə Avropada, əsasən Skandinaviyada yaşayan azərbaycanlılar böyük dəstək verəcək.

Allsport.az-a daxil olan məlumata görə, normanlar diyarından xeyli həmyerlimiz Danimarka paytaxtına axın edəcək. Onların arasında vaxtı ikən «Qarabağ»ın heyətində 1998-ci ildə Kuboklar kubokunda bu komandaya qarşı çıxış etmiş Yalçın Bağırov, İsveçdə məşqçilik edən keçmiş «Neftçi»li Valeh Qafarov və gənc iş adamı Mansur Dadaşov da var.

Xatırladaq ki, bu klublar arasında əvəz matçı paytaxt Kopenhagendə 23 avqust saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan