Orxan Hüseynzadə “Krasnodar” – “Standard” oyununda UEFA nümayəndəsi

“Neftçi”nin keçmiş prezidenti Orxan Hüseynzadə Avropa liqasının oyununa təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, 4-cü turda “J” qrupunun “Krasnodar” (Rusiya) – “Standard” (Belçika) matçında UEFA nümayəndəsi olacaq.

Görüşü Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək. Noyabrın 8-də keçiriləcək matç saat 21:55-də start götürəcək.

Həmin kateqoriyadan