“Krılya Sovetov” Ramil Şeydayevlə 1-illik müqavilə bağlayıb

Milli futbolçu Ramil Şeydayev Rusiyanın “Krılya Sovetov” klubuna keçib. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu ilə 1-illik anlaşılıb. O, yeni komandasında 11 nömrəli geyimdə meydana çıxacaq.

Həmyerlimiz cari mövsüm üçün iştirak ərizəsinə daxil edilib. Ramil əvvəllər Rusiyanın “Zenit”, Türkiyənin “Trabzonspor”, Sloveniyanın “Jilina”, Ağdamın “Qarabağ” komandalarında çıxış edib.

Həmin kateqoriyadan