“Krılya Sovetov” səfərdə heç-heçə etdi, Ramil Şeydayev ehtiyatda qaldı

Rusiya premyer-liqasında 11-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” səfərdə “Ural”la üz-üzə gəlib.

Tərəflər bu görüşdə 1:1 heç-heçə ediblər. Futbolçumuz matçın iştirakçısı olmayıb. Yığma üzvü sonadək ehtiyatda qalıb. Samara təmsilçisi 11 xalla 16 iştirakçı arasında 11-ci pillədədir.

Həmin kateqoriyadan