Kristina Pravdina: İdmanda ən vacib şey əməksevərlikdir

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri də idman gimnastikasıdır. Allsport.az saytı xəbər verir ki, qitənin ən güclü idmançıları arasında 6 cüt – komanda hesabı, şəxsi çoxnövçülük, fərdi finallar – tir üzərində, müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və sərbəst hərəkətlər üzrə medallar uğrunda mübarizə gedəcək. Gimnastımız Kristina Pravdina bu genişmiqyaslı idman tədbirində ölkəmizi təmsil etmək üçün namizədlərdən biridir. Söhbət əsnasında, Gimnastika Federasiyasının mətbuat xidməti, gimnastın yaxın gələcək üçün planlarını öyrəndib.  

– Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
– Mənim idmançı ailəm var, uşaq vaxtı evdə mənimlə qalmağa heş kəs olmurdu. Buna görə də valideynlərim məni gimnastikaya yazdırdılar və indiyə qədər də idmanla məşğul oluram. Əvəllər zalda ətrafda qaçırdım, gimnastlara baxırdım. Daha sonra məşqçi məni gördü və məşq etməyi təklif etdi.

– Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
– Düşünürəm ki, digər idman növlərində də uğurlu ola bilərdim. Mən yenilikləri tez qəbul edirəm, amma gördüyünüz kimi mən öz qərarımı dəyişmədim, çünki gimnastikanı sevirəm.

– Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
– Əvvəllər emosiyalar var idi, indi böyük fasilədən sonra çıxış etmək elə də qorxulu deyil. Mən artıq bilirəm ki, bütün bunları etmişəm. Buna görə də emosiyalarımı idarə etməyi yaxşı bacarıram. Bunun xüsusi sirri yoxdur.

– Səncə, hər hansı idman növündə vacib olan nədir?
– Əməksevərlilik. Əmək sərf edəcəksən, nəticə əldə edəcəksən.

– Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
– İdman növündən asılıdır. Hər idman növü özünə görə çətindir. Lakin, gimnastika ən çox da idman gimnastikası daha travmatikdir. Ancaq biz zədə almamaq üçün hər şeyi nəzarət altında saxlayırıq. Bizə uşaqlıqdan necə düşməyi öyrədirlər.

– Yaxın gələcək üçün idman planlarından danış.
Planda medal qazanmaqdır. Böyük platformaya çıxıb, hər kəsin simpatiyasını qazanmaq lazımdır. Bunun üçün işləmək, zəhmət çəkmək, proqramı çətinləşdirmək lazımdır. Bu il mənim ilk yarışım martda keçiriləcək Açıq Azərbaycan Çempionatı olacaq, sonra isə Dünya Kuboku mərhələləri başlayır. Daha sonra çox əhəmiyyətli olan Avropa Çempionatı və Avropa Oyunları olacaq.  Vaxta az qalıb, ona görə də hər məşq ciddidir.

– Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
– Mən düşünürəm ki, bu çox möhtəşəm tədbir olacaq, Yeniyetmə Olimpiya Oyunları kimi, bu haqda çox danışacaqlar. Buna görə də, Avropa Oyunları da diqqət mərkəzində olacaq. İki hərəkətdə  – müxtəlif hündürlüklü qollarda və tir üzərində yaxşı kombinasiya toplamaq lazımdır. Yaxşı perspektiv var. Yavaş-yavaş yükü genişləndirib, stabilləşdirmək lazımdır.

Həmin kateqoriyadan