Kristina Yaqubova: Niderlandla görüşə tam hazır olacağıq

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları çərçivəsində millimiz “E” qrupunun 2-ci görüşündə ukraynalı həmkarlarını 3:0 hesabı ilə üstələdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın üzvü Kristina Yaqubova qələbəyə belə şərh verdi:

«Matça yaxşı hazırlaşmışdıq. Rəqibin bizə müqavimət göstərəcəyini bilirdik. Sevinirəm ki, oyunumuz alındı və sonda qələbə qazandıq. Yavaş-yavaş açılırıq. Fikrimcə, qrupumuzun sas iddialı komandası Niderlandla görüşə tam hazır olacağıq».

Həmin kateqoriyadan