Kseniya Qoçigid sevindi, Yana Kula üzüldü

Qadınlar voleybolçuların Türkiyə 1-ci liqasının “A” qrupunda 21-ci turunda Azərbaycan millisinin üzvlərinin çıxış etdikləri komandalar növbəti görüşlərini keçiriblər. Allsport.az saytı xəbər verir ki, Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” İstanbulda “Vəqfbank”a yenilib – 1:3 (14:25, 27:25, 12:25, 10:25). Yığmamızın ən hündürboylu oyunçusu 10 dəfə fərqlənib.

Kseniya Qoçigidin (Poznyak) komandası “Beşikdaş” evdə “Sarıyer” klubunu üstələyib – 3:1 (21:25, 25:18, 25:19, 25:20). Həmyerlimiz bu matçda oynamayıb. Sultanlar liqasının yarış cədvəlində “Çanaqqala Bld.” 31 xalla 6-cı, “Beşidtaş” 27 xalla 7-ci yerdədir.

Həmin kateqoriyadan