Kseniya Qoçigidli “Beşikdaş” qalib gəldi, Yana Kulanın klubu öz meydanında “Bursa”ya uduzdu

Qadınlar voleybolçuların Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdikləri komandalar növbəti görüşlərini keçiriblər.

Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” öz meydanında “Bursa”ya uduzub – o:3 (19:25, 20:25, 15:25). Yığmamızın ən hündürboylu oyunçusu bu matçda 3 xal toplayıb.

Kseniya Qoçigidin (Poznyak) komandası “Beşikdaş” İstanbulda “Seramiksan”ı üstələyib – 3:1 (21:25, 25:23, 25:23, 25:21). Həmyerlimiz “ağ-qaralar”a xal qazandırmayıb.

Geridə qalan 15 turdan sonra “Çanaqqala Bld.” 28 xalla 6-cı, “Beşidtaş” 22 xalla 8-ci yerdədir.

Həmin kateqoriyadan