Kubok oyunlarına görə cəzalar açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AzAL – “Zirə” matçının 60-cı dəqiqəsində AZAL-ın futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra “Bakı”nın rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Qəbələ” – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Həmin kateqoriyadan