Kubok oyunlarına görə iki klub cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

AZAL – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan