“Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi”

Topaz premyer liqasının 28-ci turunda “Qəbələ” səfərdə “Sumqayıt”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, qonaq klubun baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı bunu söyləyib:

“Çempionatın son oyunu idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi. Lakin alınmadı. Zədədən əziyyət çəkən oyunçularımıza istirahət verdik. Bu gün gənc futbolçular istəkli idilər.

Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq”.

Həmin kateqoriyadan