“Kukesi”ni Bakıda Raufla Milinkoviç qarşılayıb

Albaniyanın “Kukesi” klubu dünən gecə paytaxtımıza gəlib. Allsport.az saytı xəbər verir ki, qonaqları Heydər Əliyev adına beynəlxalq hava limanında Rauf Əliyev və Mladen Milinkoviç qarşılayıblar.

Ötən mövsüm hucumçu bu komandada çıxış edib. Serbiyalı müxəxəssis klubun başında olub. İndi Rauf “Qəbələ”də oynayır, Milinkoviç isə “Keşlə”nin baş məşqçisidir.

Sabah “Qarabağ”la görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq. İlk matçda 0:0 qeydə alınıb.

Həmin kateqoriyadan