«Kutaisi 2010» Gürcüstan Superliqasında qalib gəldi, Zaur Paşayev 10 xal qazandı

Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» 8-ci turda doğma divarlar arasında «Mqzavrebi»i (“Sərnişimlər”) qəbul edib.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 81:66 hesabı ilə sevinən tərəf olub. Bu matçda Zaur Paşayev yenə seçilib. Həmyerlimiz 10 xal qazanıb; 5 ötürmə verib və 7 götürmə edib.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 8 matçdan sonra, 14 xalla (+6-2) Batumi “Dinamo”su ilə yarış cədvəlində 1-2-ci yerləri bölüşdürür. Dekabrın 8-də «ağ-yaşıllar» evdə «Suxumi» ilə qarşılaşacaq.

Həmin kateqoriyadan