«Kutaisi 2010» qələbəyə sevindi, basketbolçumuz 10 xal qazanaraq rəmzi komandaya düşdü

Millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» 7-ci turda doğma divarlar arasında «Dinamo»i qəbul edib.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 75:64 hesabı ilə qalib gəlib. Bu matçda da Zaur Paşayev seçilib. Həmyerlimiz 10 xal qazanıb; 9 ötürmə verib və 4 götürmə edib. O bu fəallığı ilə turun rəmzi komandasında da yer alıb.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 7 matçdan sonra 12 xalla (+5-2) yarış cədvəlində 2-ci terdədir. Dekabrın 4-də «ağ-yaşıllar» səfərdə «Sərnişinlər»lə qarşılaşacaq.

Həmin kateqoriyadan