«Kutaisi» qalib gəldi, basketbolçumuz 8 ötürmə ilə rəmzi komandaya düşdü

Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» 10-cu turda səfərdə «Arena 76» ilə qarşılaşıb.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 77:70 hesabı ilə qalib gəlib. Bu matçda da Zaur Paşayev seçilib. Həmyerlimiz 12 xal qazanıb; 8 ötürmə verib və 2 götürmə edib. O bu fəallığı ilə turun rəmzi komandasında da yer alıb.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 10 matçdan sonra 17 xalla (+7-3) yarış cədvəlində liderdir. Dekabrın 15-də «ağ-yaşıllar» səfərdə «Rustavi»lə üz-üzə gələcək.

Həmin kateqoriyadan