«Kutaisi» qalib gəldi, basketbolçusumuz 26 xalla rəmzi komandaya düşdü

Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» 27-ci turda doğma divarlar arasında «Batumi»ni qəbul edib.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 76:73 hesabı ilə sevinən tərəf olub. Bu matçda Zaur Paşayev yenə seçilib. Həmyerlimiz 26 xal qazanıb; 3 ötürmə verib və 6 götürmə edib. O, turun rəmzi yığmasında yer alıb.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 45 xalla (+18-9) Batumi “Dinamo”su ilə yarış cədvəlində 1-2-ci yerləri bölüşdürür. Ayın 27-də ilkin mərhələdə son oyun olacaq. Sonra mayın 4-də 4 komandadan ibarət final raundu başlayacaq.

Həmin kateqoriyadan