«Kutaisi» qalib gəldi, Zaur Paşayev rəmzi komandaya düşdü

Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Olimp»i qəbul edib.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 71:64 hesabı ilə qalib gəlib. Bu matçda da Zaur Paşayev seçilib. Həmyerlimiz 8 xal qazanıb; 7 ötürmə verib və 7 götürmə edib. O bu fəallığı ilə turun rəmzi komandasında da yer alıb.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 5 matçdan sonra 9 xalla (+4-1) yarış cədvəlinə başçılıq edir. Noyabrın 20-də «ağ-yaşıllar» səfərdə «Batumi» ilə qarşılaşacaq.

Həmin kateqoriyadan