«Kutaisi»nin qələbəsində Zaur Paşayevin tövhəsi

Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu bu gün Gürcüstan Superliqasında növbəti matça çıxıb.

Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» gərgin keçən görüşdə «Armiadi» komandasını 83:71 hesabı ilə məğlub edib. Bu qarşılaşmada həmyerlimiz 19 xal qazanıb, 4 assist, 5 götürmə edib.

Hazırda «Kutaisi» 8 kollektivin yer aldığı çempionatda 10 xalla 4-cüdür.

Həmin kateqoriyadan