Kyokuşinkay və şinkyokuşinkayçılarımızdan 5 medal

Tiflisdə kyokuşinkay və şinkyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki,  təmsilçilərimiz çempionatda 5 medal qazanıblar.

Ustalar arasında 75 kq-da Səlahət Həsənov qızıl medala sahib çıxıb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) bürünc mükafata yiyələniblər. Gənclərdə Kərim Kərimov (60 kq) 2-ci yer tutub.

Çempionatda hakimlərimiz – Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.

 

Həmin kateqoriyadan