Lənkəranlılar “Neftçi”dən nə xahiş etdilər?

Noyabrın 24-də “Xəzər Lənkəran” – “Neftçi” matçı oynanılmalıdır. Allsport.az rekord.az-a istinadən xəbər verir ki, lakin hazırda ot örtüyü təmir olunan Lənkəran Şəhər Stadionu həmin oyuna kimi hazır olacağı dəqiq deyil.

Bu məqsədlə Cənub klubu rəhbərliyi “Neftçi” tərəfinə məktub yazaraq xahiş edib ki, həmin matç “Bakcel Arena”da oynanılsın. Belədə ev sahibi də “ağ-qaralar” olacaq. Lakin bakılılar hələ qarşı tərəfin məktubuna cavab verməyiblər. Paytaxt təmsilçisi müsbət cavab verməsə, görüş, ümumiyyətlə, təxirə salına bilər.

Çünki “ağ-yaşıllar” ehtiyat meydança kimi Tofiq Bəhramov adına Respublika stadionunu qeyd edib, orada da noyabrın 23-də “Qarabağ”ın oyunu var. Nəzərə alsaq ki, ev sahibi komanda matçdan bir gün öncə oyunun keçiriləcəyi stadionda qonaq komandanın məşqini təmin etməlidir, o zaman oyunun Respublika stadionunda da keçirilməsi mümkünsüz görünür. Vəziyyət bu cür davam edərsə, Lənkəran klubu PFL-ə müraciət edib matçın təxirə salınmasını xahiş etməyi düşünür.

Həmin kateqoriyadan