Ləns Strol yenə Bakıda uğur qazanmaq istəyir

“Racinq” komandasının üzvü Ləns Strol açıqlama verib. Allsport.az saytı xəbər verir ki, SOCAR Azərbaycan qran-prisində uğur qazanmaq üçün bütün səyini ortaya qoyacaq: 

“Fəxri kürsüdə olmaq son dərəcə əhəmiyyətlidir, bu baxımdan həmin gün mənimçün çox əlamətdar idi. Kevinin dediyi kimi burada hər il eyni fürsət mövcuddur. Yarış zamanı trek daxilində xaotik vəziyyət hakim olur, xüsusən də sonuncu dörd-beş dövrə ərzində. Ötən ildə olduğu kimi təhlükəsizlik maşını arxasında yarışa davam etmək nəticəsində hər zaman daha irəliyə keçmək imkanı yaranır və nəticədə görəcəyik bu il qarşımıza hansı fürsətlər çıxır”.

Xatırladaq ki, 20 yaşlı kanadalı pilot Formula1 karyerasında ilk və hələlik yeganə uğuru Azərbaycan mükafat yarışı-2017-də qazanıb. O, son saniyədə “Mersedes”dən Valtteri Bottasa 2-ciliyi uduzub.

Həmin kateqoriyadan