“Lalətəpə” İstanbul kubokuna sahib çıxıb

Türkiyədə çimərlik futbolu üzrə İstanbul kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın “Lalətəpə”  klubu finalda yerli “Mədəniyyət Universiteti” ilə qarşılaşıb.

Təmsilçimiz bu oyunda 5:3 hesabı ilə qalib gəlib. Qolları Orxan Məmmədov (2), eləcə də Asif Zeynalov, İlkin Hacıyev və Abdul Əliyev rəqib qapısından keçiriblər.

Qeyd edək ki, komandamız daha öncə Yunanıstan “Atlas”ına və Niderland “Zeeland”ına eyni hesabla (7:2) qalib gəlmişdi.

Həmin kateqoriyadan