Leo Oliveyra: “Onların səviyyəsinə çatmaq üçün üzərimizdə daha çox çalışmalıyıq”

Azərbaycanın “Xəzər adaları” futzal klubunun üzvü Leo Oliveyra Qazaxıstanda yerli “Kayrat” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 3:5 hesablı məğlubiyyətini belə şərh edib:

“Kayrat” hazırda dünyanın ən güclü klublarındadır və bu oyun göstərdi ki, onların səviyyəsinə çatmaq üçün üzərimizdə daha çox çalışmalıyıq. İndi gedib yaxşıca dincəlməliyik. Çünki, sabah (bu gün – red.) bizi bundan daha çətin oyun gözləyir”.

Həmin kateqoriyadan