ÖLKƏ ÇEMPİONATI
Lider bahadırlar elə ilk gündə özlərini doğrultdu

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı start götürüb.

Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda idman cəmiyyətləri, klubları və təşkilatları, şəhər-rayon milli komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Proqrama əsasən, sərbəst güləşçilər rəqabətə başlayıblar. İlk gündə 4 çəkidə qaliblər müyyənləşib. Sabah 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, dekabrın 15-də isə 75, 80, 85, 98 və 130 kq-da “klassiklər” çıxış edəcəklər.

57 kq

FİNAL: Yaşar Əliyev – Mircəlal Həsənzadə 4:3
Bürünc medal: Etibar Hacıyev – Pərviz İbrahimov 2*:2
Bürünc medal: Eldəniz Əzizli – Mahmud Məhəmmədov 0:10

61 kq

FİNAL: Ruhlan Məmmədov – Cəlal Süleymanov 2:5
Bürünc medal: Kamran Fəttayev – Əhmədnəbi Qvarzatilov 0:6
Bürünc medal: Elçin Vəliyev – Qalib Əliyev 2:12

65 kq

FİNAL: Məhəmməd Müslümov – Ağahüseyn Mustafayev 6:2
Bürünc medal: Coşqun Əzimov – Teymur Məmmədov 6:2
Bürünc medal: Hüseyn Şahbanov – Gitinomaqomed Hacıyev -:+ (zədə)

70 kq

FİNAL: Murad Süleymanov – Ruslan Dibirhacıyev 4:4*
Bürünc medal: Emin Əzizov – Hacımurad Ömərov 2:4
Bürünc medal: Asif Əliyev – Kamran Yunusov 0:10

74 kq

FİNAL: Əşrəf Əliyev – Cəbrayıl Həsənov 4:6
Bürünc medal: Zaur Ələkbərov – Mircəfər Murtuzlu 0:4
Bürünc medal: Fərman Həsənov – Kənan Əliyev 1:7

Həmin kateqoriyadan