Liderlərin rəqabətində “Məhsul” qalib gəlib

Kişi həndbolçuların ölkə çempionatının 9-cu turunun mərkəzi görüşü “Məhsul” və “Bakı” arasında olub. Allsport.az saytı xəbər verir ki, bunadək hərəyə 14 xalla yarış cədvəlinə şərikli liderlik edən komandaların bu qarşılaşması da gərgin və maraqlı keçib.

Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətlərdən daha faydalanan “kəndlilər” azarkeşlərinin ümidlərini doğruldub (28:23). Digər görüşdə “Təhsil” U-16-nı 35:19 üstələyib.

Həmin kateqoriyadan