“Lokomotiv” də qələbə ilə qayıdır

Qadın voleybolçular arasında CEV kubokunda cari mövsümə start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Lokomotiv”, dünən ilk oyununu Almaniyada “Rote Raben” kollektivinə qarşı keçirib.

Mübarizəyə 1/16 finaldan başlayan “dəmiryolçular” hər 3 setdə inamlı təsir bağışlayiblar (25:17, 26:24 və 25:22). Komandalar arasında cavab matçı 2 həftədən sonra Bakıda olacaq.

Həmin kateqoriyadan