“Lokomotiv” ölkə çempionunu izləməkdə davam edir

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super liqasında 2-ci turun matçları keçirlib. Allsport.az saytı xəbər verir ki, açılış oyununda “Rabitə” farm klubu sayılan “Telekom”la görüşüb. “Gənclik” Olimpiya İdman Kompleksi təşkil olunmuş görüşdə ölkə çempionu çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:15, 26:24, 25:15).

Super liqaya iddialı “Azəryol”u məğlub etməklə başlayan “Lokomotiv”, ardından “Azərreyl” komandısını məyus edib. Voleybol Mərkəzində azarkeşlər “yolçəkənlər”in yalnız 1 setdə qələbəsinə şahidlik ediblər – 1:3 (22:25; 21:25; 25:22; 22:25).

 

 

Həmin kateqoriyadan