“Lokomotiv” Türkiyənin üç nəhəngi ilə yoxlama oyunu keçirəcək

Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandasının ardınca “Lokomotiv”in də Türkiyədə hazırlıq keçəcəyi dəqiqləşib. Allsport.az xəbər verir ki, Super Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdıran “dəmiryolçular” təlim-məşq toplanışı üçün yanvarın 4-də qonşu ölkəyə yollanacaq.

Komanda toplanış çərçivəsində Türkiyə nəhənglərindən “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”la yoxlama matçı da keçirəcək. “Lokomotiv” yanvarın 8-də toplanışı başa vuraraq vətənə dönəcək.

Həmin kateqoriyadan