London səfəri öncəsi “Qarabağ”ın prezidenti futbolçularla görüşüb

“Qarabağ”ın çempionlar liqasının qrupunun ilk oyununda “Çelsi” ilə matçın hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən axşam məşqindən öncə komandamızın düşərgəsində gözlənilməz ziyarət olub.

Klubun prezidenti Abdulbarı Gözəl komandanı ziyarət edib. Çalışmadan öncə futbolçularla tək-tək görüşən başqan onlarla axından maraqlanıb. Sonra o, qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib.

Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.

Həmin kateqoriyadan