Lorenso Sotomayor erməni rəqibini uddu, olimpiya oyunlarında finala çıxan ilk boksçumuz oldu

Bu gün Rio-2016-da boksçuların mübarizəsində yarımfinal döyüşündə Lorenso Sotomayor (64 kq) ermənistanlı Artyom Harutyunyanla döyüşüb. Allsport.az saytı xəbər verir ki, prinsipal görüşdə Kuba əsilli idmançımız rəqibini 3:0 hesabı ilə məğlub edib, finala adlayıb.

Qeydə alınan qələbə Azərbaqcan boksunda ilk olub. İndiyədək, Sidney-200o-dən bu yana olimpiya oyunlarında yalnız bürün medal qazanmışıq.

Avqustun 21-də finala çıxacaq onun rəqibi Fəzliddin Qaibnəzərov (Özbəkistan) olacaq. Millimizdə 1 bürünc medal da var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

Həmin kateqoriyadan