Lüis Həmilton əsas izləyicisi Sebastyan Fetteldən bir qədər də uzaqlaşıb

Formula1 üzrə dünya çempionatında 15 mərhələ arxada qalıb.

Allsport.az saytı xəbər verir ki, Malayziyada keçirilən qran-prinin yekunundan sonra “Mersedes”in sürücüsü Lüis Həmilton əsas izləyisici Sebastyan Fetteldən (“Ferrari”) bir qədər də aralanıb.

O, cari mövsüm 7, rəqibi 4 qran-pri udub. Hazırda britaniyalı pilotun hesabında 281, almaniyalının 247 xalı var. İlk üçlüyü Valtteri Bottas (“Mersedes”) qapayır (222).

Həmin kateqoriyadan