Lüis Həmilton Formula1 tarixinin ən bahalı müqaviləsinə yaxındır

“Mersedes” komandasının üzvü Lüis Həmilton yeni müqaviləyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, onun 2019-2021-ci illər üçün imzalayacağı sənəd Formula1 tarixində ən bahalı anlaşma ola bilər. Söhbət 3 il müddətinə 184 milyon, hər mövsümdə 60 milyon dollardan gedir.

“Mersedes”in rəhbəri Toto Volff deyib: “Sözləşmənin incəlikləri razılaşma tələb edən yüz səhifədən artıq mətndən ibarətdir. Biz də hazırda bunun üzərində işləyirik”.

Son dünya çempionu öz növbəsində, “Mersedes”də hamı onun başqa komandaya keçməyəcəyini yaxşı bildiyini deyib.

Həmin kateqoriyadan