Lüis Həmilton Monako qran-prisini də qazanıb

Monakoda Formula1 üzrə dünya çempionatının 6-ci seriyası çərçivəsində qran-pri yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ardıcıl 5 ötüşmədə dubl edən “Mersedes” bu dəfə istəyinə nail olmasa da, yenə komandanın 2 üzvü fəxri kürsüdə yer alıb.

Lüis Həmilton finişə 1 saat 43:28.437 saniyə ilə 1-ci çatıb. “Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel 2-ci, Valtteri Bottas 3-cü olublar. Britaniyalı pilotun hesabında 137 xal var. Onun finlandiyalı komanda yoldaşı 120, Sebastyan Fettel 82 xala malikdir.

Həmin kateqoriyadan