Luiza Lippman: Azərbaycan voleybolçuları ilə oyunumuz çətin keçəcək

Məlum olduğu kimi, qadın voleybolçuların Avropa çempionatı-2017 Azərbaycan və Gürcüstanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda bizimlə yanaşı, Almaniya, Polşa və Macarıstan komandaları da yer alıblar.

Adı 2-ci çəkilən millinin oyunçusu Luiza Lippmanın fikrimcə, onlar qrupdan çıxa bilərlər: “İlk növbədə, qitə çempionatına yaxşı hazırlaşmalıyıq. Azərbaycan ev sabibi olduğundan, bu kollektivlə oyunumuz çətin keçəcək. Polşalılar heyəti yenidən formalaşdırırlar. Macarıstan yığması haqda hələ bilgim yoxdur”.

 

Həmin kateqoriyadan