Məğlubiyyətlə barışmayan Roman Qriqorçuk «CBC-Sport»un canlı yayımına gəlməkdən imtina etdi

Bu gün Premyer liqada 13-cü tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə eyni xalla zirvəni bölüşən “Qarabağ” və “Qəbələ” klubları qarşılaşıblar. Gərgin keçən mübarizədə, hesabda geri olan meydan sahibləri son dəqiqələrdə 2 top vuraraq qalib gəliblər.

Məğlubiyyətlə barışmayan qonaqlar, ölkə çempionunun penaltidən vurduğu bərabərlik qolunun düzgün saymayıblar. 90+7-ci dəqiqədə Dino Ndlovunun fərqlənməsi isə aranı qarışdırıb.

Yenilgini tək «Qəbələ» futbolçuları deyil, baş məşqçi Roman Qriqorçuk da həzm etməyib. Ukraynalı mütəxəssis o qədər əsəbi olub ki, matçdan sonra «CBC-Sport»un canlı yayımına gəlməkdən imtina edib.

Həmin kateqoriyadan