- Baxış sayı: 63
- 17 Aprel 2024 19:35
- Baxış sayı: 53
- Aprel 17, 2024
- 0
Topaz premyer liqasının 9-cu turunda “Qarabağ” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib.
Allsport.az saytı xəbər verir ki, tibbi baxışdan sonra müdafiəçinin qarın əzələlərində yırtıq olduğu aşkarlanıb. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.