Məhəmməd Mirzəbəyov: Gənc futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubuna 3:0 qalib gəldikləri görüş barədə danışıb:

“Yorğunluğun fonunda oynamaq çətindi. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər.

Əli Şirinov isə 2 qol vurdu. Gənc futbolçu üçün bu, asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb, bu yolu birlikdə keçməliyik”.

Həmin kateqoriyadan