Məhəmməd Mirzəbəyov “Sabah”da

Transfer çalışmalarını davam etdirən “Sabah” Məhəmməd Mirzəbəyovu heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 2-illik müqavilə imzalanıb.

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.

Həmin kateqoriyadan