Məhəmməd Muradlı: “Toparlandım və rəqibi səhv etməyə məcbur etdim”

Azərbaycanın 16 yaşlılardan ibarət şahmat yığmasının üzvü Məhəmməd Muradlı olimpiadanın qalibi olduqdan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, gənc idmançı qələbəni şərh edib:

“Son tur çox çətin oldu. Mən 20 gedişlik variant hazırlamışdım, qalib vəziyyətini almışdım. Sonradan 1-2 tələsik gediş etdim və üstünlüyümü əldən verdim. Yaxşı ki toparlana bildim və rəqibi səhv etməyə məcbur etdim. Böyük uğurdur. Qələbəni bütün Azərbaycana həsr edirik”.

Bu gün 16 yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən olimpiadanın qalibi olub.

Həmin kateqoriyadan