Məhəmmədrəsul Məcidov da 1/4 finala çıxıb

Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatında 1/8 final sona yetib. Allsport.az saytı xəbər verir ki, mərhələnin son günündə millimizin 2 üzvü rinqə çıxıb.

Məhəmmədrəsul Məcidov (+91 kq) yarışda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).

O, 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.

Ondan fərqli, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq-da mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Çevrək finalda Məhəmmədrəsul Məcidova Kamran Şahsuvarlı (75 kq) yoldaş olacaq. Rio olimpiadasının bürün mükafatçısı daha əvvəl 1/8 finalda qələbə qazanıb.

Həmin kateqoriyadan