Məhəmmədrəsul Məcidov: Evdə müalicəmi davam etdirirəm

«Hazırda hər şey qaydasındadır. Vətənimdə müalicəmi davam etdirirəm». Bunu allsport.az saytına açıqlamasında boks millimizin lideri Məhəmmədrəsul Məcidov deyib. Onun sözünə görə, gələn ay qitənin ən güclülərinin yarışı keçiriləcək. Orada çıxışı hələ dəqiq deyil:

«Gələn ay Bolqarıstanda Avropa çempionatı təşkil olunacaq. Görək, həmin ərəfədə durum necə olacaq. İndi yüngül çalışmalarla kifayətlənirəm. Tam sağalandan sonra məşqçilər heyəti qərarını verəcək.

Təəssüf ki, zədə 1-ci Avropa Oyunlarında baş mükafata sahib çıxmağa mane oldu. İnşallah, tam sağalıb ilk növbədə, Rio-2016-ya lisenziya almalıyam. Sonra çoxdankı arzumu həyata keçirməliyəm».

Həmin kateqoriyadan