Məhəmmədrəsul Məcidov ilk döyüşündən qalib ayrıldı, növbədə İvan Dıçkodur

Rio-2016-da boksçuların mübarizəsində millimizin ən titullu üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) da qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 1/16 finalda mərakeşli Məhəmməd Arjaoui ilə döyüşüb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn rinq ustamız 1/8 finala çıxıb. Bu mərhələdə təmsilçimiz qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.

Həmin kateqoriyadan