Məhəmmədrəsul Məcidovdan yeni tarix: 3-cü dəfə dünya çempionatının finalına çıxdı!

Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatında finalçıların adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) da adını həlledici döyüşə yazdırıb.

İkiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Olimpiya mükafatçımız sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.

Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.

Həmin kateqoriyadan