Məhəmmədrəsuldan növbəti nokaut

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində AİBA Pro Boxing turnirində növbəti görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, bu dəfə superağır çəkidə mübarizə aparan idmançılar döyüşüblər.

2 qat dünya, Avropa çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxıb. Milli komandamızın üzvü ukraynalı Sergey Verveyko ilə qarşılaşıb.

İlk raundda təşəbbüsü ələ alan boksçumuz, 2-ci hissədə rəqibinə ardıcıl zərbələr vuraraq, onu noqdauna salıb. Slavyan idmançı özünə gəlməmiş, Məhəmmədrəsuldan qüvvətli sağ-sol seriyası alaraq, yenidən çətin vəziyyətə düşüb.

Hakim hesab açmasına baxmayaraq, Sergey döyüşü davam etdirmək istəyib.  Amma rəqibin məşqçisi rinqə dəsmal ataraq, mübarizənin dayandığını bildirib. Belədə, Məcidov vaxtından əvvəl texniki nokautla qalib elan olunub.

Həmin kateqoriyadan