Məhərrəmov üçün 52 dəqiqə

Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

“Rəvan”ın sabiq çalışdırıcısı Güvənc Kurtarın çalışdırdığı Adana klubu səfərdə “Orduspor”un qonağı olub. Oyun qolsuz başa çatıb – 0:0. Cəmşid 38-ci dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 47-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, “Adanaspor” 22 xalla 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan