“Məhsul” qələbə seriyasını davam etdirir

Kişi həndbolçuların Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, yarışın əsas favoriti sayılan “Məhsul”, “Təhsil”lə oyunda da azarkeşlərini sevindirib.

Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.

Günün digər matçında da imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib. 42:22.

Həmin kateqoriyadan